QR CodeQR Code

Həsən Ruhani: "Bu sözlər İranın zəfəridir və kiçik görünməməlidir"

8 Apr 2021 08:56

İslamTimes: "Nüvə müqaviləsinin canlandırılmasında yeni bir dövrə şahidlik edirik".


Publika.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Avstriyanın paytaxtı Vyanada martın 6-da Fransa, İngiltərə, Çin, Rusiya, Almaniya (4+1 ölkələri) və İranın yüksək rütbəli siyasətçilərinin qatıldığı toplantıya münasibət bildirərək deyib.

"Müqaviləyə bağlı ölkələr Vyanada toplandı. İclaslar İran ilə 4+1 və Amerika Birləşmiş Ştatları ilə 4+1 şəklində edildi. Hər necə olursa-olsun, nüvə müqaviləsinə əməl etməkdən başqa çarənin olmadığı göründü: tərəfdar ölkələr nüvə müqaviləsinin tam tətbiqi nəticəsinə gəldilər", - İran prezidenti vurğulayıb.

O deyib ki, ABŞ maksimum təzyiq siyasətinin uğursuz olduğunu və müzakirələrdən başqa bir yol olmadığını açıq şəkildə dilə gətirdi:

"Hazırsınızsa, ciddi müzakirə edə bilərik, deyilsinizsə, 4+1 ölkələriylə danışaq" - Bu sözlər İranın zəfəridir və kiçik görünməməlidir. ABŞ nüvə müqaviləsinə qayıtdığı zaman İran da bütün öhdəliklərinə bağlı qalacaq".


Story Code: 925958

News Link :
https://www.islamtimes.org/az/news/925958/həsən-ruhani-bu-sözlər-iranın-zəfəridir-və-kiçik-görünməməlidir

Islam Times
  https://www.islamtimes.org