0
Thursday 8 April 2021 - 10:10

Pentaqon rəhbəri işğalçı İsrailə səfər edəcək

Story Code : 925985
Pentaqon rəhbəri işğalçı İsrailə səfər edəcək
“Report” xəbər verir ki, bu barədə “Axios” nəşri bildirib.

Qeyd edilir ki, bu, Cozef Bayden administrasiyasının Nazirlər Kabineti səviyyəsində Yaxın Şərqə birinci səfəri olacaq.

Ostinin işğalçı İsrailə bazar günü gələcəyi, baş nazir Binyamin Netanyahu, müdafiə naziri Benni Qants və xarici işlər naziri Qabi Aşkenazi ilə görüşəcəyi gözlənilir. Sionist rejim rəsmilərinin sözlərinə görə, gündəliyə İran, Suriya, Livan kimi regional məsələlər daxildir.

İşğalçı İsrail rəsmiləri ölkənin bölgədəki "hərbi üstünlüyünü" qorumaq üçün keçmiş Tramp administrasiyasının son həftələrində əldə edilən ABŞ-İsrail təhlükəsizlik anlaşmasını inkişaf etdirmək niyyətindədirlər. İsrail Cozef Baydeni bu razılaşmalara sadiq qalmasına əmin olmaq istəyir.