QR CodeQR Code

Ərdoğan: “Artıq səbrimiz bitdi”

XezerXeber , 17 Aug 2011 18:47

IslamTimes - Bu gün Türkiyədə PKK tərəfindən hərbi maşın karvanına hücum olub


Bunu Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan Türkiyənin Hakkari-Çukurca avtomobil yolunda hərbi maşın karvanına PKK terrorçuları tərəfindən atəşə tutulmasına münasibət bildirərkən deyib: “Səbrimizin sonundayıq. Ramazan ayının başa çatmasını gözləməyəcəyik. Bundan sonra söz yox, hərəkətlərimizi görəcəksiniz”, - deyə o, əlavə edib.

Qeyd edək ki, bu gün Türkiyədə hərbi maşın karvanına hücum olub. Hadisə Türkiyənin Hakkari-Çukurca avtomobil yolunda baş verib. Belə ki, yola qoyulan mina nəticəsində partlayan hərbi maşın karvanı PKK terrorçuları tərəfindən atəşə tutulub. Hadisə zamanı dünyasını dəyişənlərin sayı 8, yaralıların sayı isə 9-a çatıb.


Story Code: 92599

News Link :
https://www.islamtimes.org/az/news/92599/ərdoğan-artıq-səbrimiz-bitdi

Islam Times
  https://www.islamtimes.org