QR CodeQR Code

Koronavirusun Britaniya ştammı ABŞ-da geniş yayılır

8 Apr 2021 12:08

İslamTimes: Koronavirusun Britaniya ştammı ABŞ-da geniş yayılır


ABŞ-da aparılan tədqiqatlara görə, hazırda koronavirusun Britaniya ştammı ölkədə daha geniş yayılıb.

“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) direktoru Roçel Valenski Ağ Evdəki brifinqdə bildirib.

O deyib ki, son məlumata görə B.1.1.7 varianta hazırda 16 275 təsdiqlənmiş yoluxma halı qeydə alınıb.

Xatırladaq ki, dekabrın 14-də Böyük Britaniyanın səhiyyə naziri Matt Hankok ölkədə koronavirusun daha tez yoluxan mutasiya olunmuş yeni variantın aşkarlandığını açıqlamışdı.


Story Code: 926002

News Link :
https://www.islamtimes.org/az/news/926002/koronavirusun-britaniya-ştammı-abş-da-geniş-yayılır

Islam Times
  https://www.islamtimes.org