0
Thursday 8 April 2021 - 13:33

Hizbullah Moskvada ofis açmaq niyyətindədir - KİV

Story Code : 926025
Hizbullah Moskvada ofis açmaq niyyətindədir - KİV
SalamNews bu barədə Livanın əl-Əxbar qəzetinə istinadla xəbər verir.

Mənbə bildirib ki, mart ayında Hizbullahı təmsil edən deputatların və nümayəndə heyətinin Moskaya səfəri və Sergey Lavrovla görüşlərindən sonra hərəkat burada nümayəndəlik açmaq qərarına gəlib.

“Əl-Əxbar” öz mənbələrinə istinadla bildirib ki, “ruslar Hizbullahı təkcə Livan üzrə bir təşkilat deyil, bölgənin bir çox ölkələrində nüfuzu olan bir hərəkat kimi qiymətləndirirlər.”

Xatırladaq ki, Rusiyanın Xarici İşlər Nazirliyi Hizbullah nümayəndə heyətinin mart ayında Moskvaya səfəri və xarici işlər naziri Sergey Lavrovla görüşü ilə bağlı bəyanat vermiş və bildirmişdi ki, görüşdə Yaxın Şərqdə, Suriyada və Livanda baş verən son proseslər müzakirə edilib.

Həmin səfərin ardından Hizbullah hərəkatının nümayəndə heyətinin başçısı Məhəmməd Rəd verdiyi açıqlamada bildirmişdi ki, bu səfər Rusiya ilə hərəkat arasında əlaqələrdə mühüm mərhələdir.