QR CodeQR Code

Sionistlər üçün Qüdsün cənubunda 540 mənzil inşa edilməsi planlanır

8 Apr 2021 16:28

İslamTimes: Sionist rejim bu gün işğal altındakı Qüds torpaqlarında 540 mənzil inşa etmək barədə qəbul edib.


Bu yaşayış məntəqələri Qüds şəhərinin cənubunda yerləşən "Cəbəl Əbu Ğənim" torpaqlarındakı digər sionist yaşayış massivlərinə yaxın ərazidə tikilməlidir.

Sionist Haaretz qəzeti bildirib ki, mənzillərin inşası işğalçı İsrail rejimin Daxili İşlər Nazirliyinə bağlı Planlaşdırma və İnşaat Mühəndisliyi Komissiyasının təsdiqindən sonra başlayacaq.

Plan təsdiqlənərsə, prezident Co Baydenin prezidentlik fəaliyyətinə başlamasından bəri inşa edilən ilk qəsəbə olacaqdır.

Qeyd edək ki, Bayden sionistlərin birtərəfli şəkildə bu sayaq qərarlar qəbul etməsinə qarşı olduğunu açıqlamışdı.


Story Code: 926048

News Link :
https://www.islamtimes.org/az/news/926048/sionistlər-üçün-qüdsün-cənubunda-540-mənzil-inşa-edilməsi-planlanır

Islam Times
  https://www.islamtimes.org