0
Thursday 8 April 2021 - 16:28

Sionistlər üçün Qüdsün cənubunda 540 mənzil inşa edilməsi planlanır

Story Code : 926048
Sionistlər üçün Qüdsün cənubunda 540 mənzil inşa edilməsi planlanır
Bu yaşayış məntəqələri Qüds şəhərinin cənubunda yerləşən "Cəbəl Əbu Ğənim" torpaqlarındakı digər sionist yaşayış massivlərinə yaxın ərazidə tikilməlidir.

Sionist Haaretz qəzeti bildirib ki, mənzillərin inşası işğalçı İsrail rejimin Daxili İşlər Nazirliyinə bağlı Planlaşdırma və İnşaat Mühəndisliyi Komissiyasının təsdiqindən sonra başlayacaq.

Plan təsdiqlənərsə, prezident Co Baydenin prezidentlik fəaliyyətinə başlamasından bəri inşa edilən ilk qəsəbə olacaqdır.

Qeyd edək ki, Bayden sionistlərin birtərəfli şəkildə bu sayaq qərarlar qəbul etməsinə qarşı olduğunu açıqlamışdı.