0
Thursday 8 April 2021 - 17:35

Kreml: ABŞ ilə münasibətlərdə ən pis ssenariyə belə hazırıq

Story Code : 926051
Kreml: ABŞ ilə münasibətlərdə ən pis ssenariyə belə hazırıq
Sputnik xəbər agentliyinin verdiyi məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov ölkəsinin gözlənilən yeni məhdudiyyətlərə qarşı tədbir görüb-görmədiyi barədə suala belə cavab verib:

"Amerika tərəfinin gözlənilməz düşmənçiliyi, bizi ən pis ssenarilərə hazır olmağa məcbur edir. Qarşı tərəf qərəzli və gözlənilməz olduqda, təbii olaraq həmişə hazır olmalısınız. Ümumiyyətlə, görünən odur ki, Rusiya-ABŞ münasibətləri ilə bağlı suallarınızın sayı bu münasibətlərin həqiqi həcmindən daha çoxdur..."

Peskov həmçinin bildirib ki, Rusiya heç zaman Amerika ilə münasibətlərin bu qədər pis bir səviyyədə olmasını istəməsə də, qarşı tərəf münasibətlərin belə inkişaf etməsinə səbəb olub.
Source : وكالات