QR CodeQR Code

Kreml: ABŞ ilə münasibətlərdə ən pis ssenariyə belə hazırıq

وكالات , 8 Apr 2021 17:35

İslamTimes: Kremlin sözçüsü rus diplomatlarının ABŞ-dan çıxarılması və Rusiyaya yeni sanksiyalar tətbiq edilməsi ehtimalına cavab olaraq bildirib ki, Rusiya ABŞ-la münasibətlərdəki ən pis ssenariyə belə hazırdır.


Sputnik xəbər agentliyinin verdiyi məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov ölkəsinin gözlənilən yeni məhdudiyyətlərə qarşı tədbir görüb-görmədiyi barədə suala belə cavab verib:

"Amerika tərəfinin gözlənilməz düşmənçiliyi, bizi ən pis ssenarilərə hazır olmağa məcbur edir. Qarşı tərəf qərəzli və gözlənilməz olduqda, təbii olaraq həmişə hazır olmalısınız. Ümumiyyətlə, görünən odur ki, Rusiya-ABŞ münasibətləri ilə bağlı suallarınızın sayı bu münasibətlərin həqiqi həcmindən daha çoxdur..."

Peskov həmçinin bildirib ki, Rusiya heç zaman Amerika ilə münasibətlərin bu qədər pis bir səviyyədə olmasını istəməsə də, qarşı tərəf münasibətlərin belə inkişaf etməsinə səbəb olub.


Story Code: 926051

News Link :
https://www.islamtimes.org/az/news/926051/kreml-abş-ilə-münasibətlərdə-ən-pis-ssenariyə-belə-hazırıq

Islam Times
  https://www.islamtimes.org