0
Thursday 8 April 2021 - 18:04

Pekin: İranın HBFP sazişi ilə bağlı şərtləri yerinə yetirilməlidir

Story Code : 926053
Pekin: İranın HBFP sazişi ilə bağlı şərtləri yerinə yetirilməlidir
Çinin Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi Vang Çun HBFP sazişi ilə bağlı təşkil olunmuş Komissiyasının iclasında İran nümayəndə heyətinin mövqeyini təsdiqləyərək deyib: "ABŞ-ın gec olmadan, İran İslam Respublikasına qarşı bütün qanunsuz sanksiyaları ləğv edərək HBFP sazişinə qayıtması olduqca önəmlidir..."

Amerikanın "The Washington Examiner" qəzetinin yazdığına görə, Vang Çun ötən gün mediaya açıqlamasında, HBFP sazişi ilə əlaqədar İslam Respublikasının mövqeyini xatırladaraq deyib: "Bu dalana dirənmiş vəziyyətdən çıxmaq üçün bir "qurban" lazımdır. Bu qurban sanksiyaların ləğvi, İranın qanuni tələblərinin yerinə yetirilməsidir."
Source : وكالات