QR CodeQR Code

Pekin: İranın HBFP sazişi ilə bağlı şərtləri yerinə yetirilməlidir

وكالات , 8 Apr 2021 18:04

İslamTimes: Çinin beynəlxalq təşkilatlardakı nümayəndəsi Vang Çun, İslam Respublikasının HBFP sazişi ilə bağlı mövqeyini bir daha təsdiqləyərək, ilk növbədə İranın nüvə razılaşmasına dair qanuni tələblərinin yerinə yetirilməli olduğunu vurğulayıb.


Çinin Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi Vang Çun HBFP sazişi ilə bağlı təşkil olunmuş Komissiyasının iclasında İran nümayəndə heyətinin mövqeyini təsdiqləyərək deyib: "ABŞ-ın gec olmadan, İran İslam Respublikasına qarşı bütün qanunsuz sanksiyaları ləğv edərək HBFP sazişinə qayıtması olduqca önəmlidir..."

Amerikanın "The Washington Examiner" qəzetinin yazdığına görə, Vang Çun ötən gün mediaya açıqlamasında, HBFP sazişi ilə əlaqədar İslam Respublikasının mövqeyini xatırladaraq deyib: "Bu dalana dirənmiş vəziyyətdən çıxmaq üçün bir "qurban" lazımdır. Bu qurban sanksiyaların ləğvi, İranın qanuni tələblərinin yerinə yetirilməsidir."


Story Code: 926053

News Link :
https://www.islamtimes.org/az/news/926053/pekin-iranın-hbfp-sazişi-ilə-bağlı-şərtləri-yerinə-yetirilməlidir

Islam Times
  https://www.islamtimes.org