QR CodeQR Code

Meymunun beyninə çip qoyub, kompüterdə oyun oynatdılar

10 Apr 2021 09:55

İslamTimes: İlon Maskın “Neuralink” şirkəti yeni nəsil neyron interfeysinin praktiki fəaliyyətini nümayiş etdirib.


Publika.az xəbər verir ki, müvafiq video şirkətin "YouTube" səhifəsində yerləşdirilib.

Videoda beyninə xüsusi çip yerləşdirilmiş meymun əks olunub. O, əvvəlcə coystik, sonra isə beynindəki çip vasitəsilə kompüterdə oyun oynayır. Bu zaman meymun kompüteri heç bir əlaqələndirici vasitə olmadan, öz fikirlərilə idarə edir.

Şirkətdən verilən məlumata görə, sözügedən çip beynin strukturuna mənfi təsir etmir.


Story Code: 926341

News Link :
https://www.islamtimes.org/az/news/926341/meymunun-beyninə-çip-qoyub-kompüterdə-oyun-oynatdılar

Islam Times
  https://www.islamtimes.org