0
Saturday 10 April 2021 - 09:31

ABŞ müxtəlif bəhanələrlə İrana sanksiyalar tətbiq edə bilər

Story Code : 926348
ABŞ müxtəlif bəhanələrlə İrana sanksiyalar tətbiq edə bilər
“İran 2017-ci ildən bəri tətbiq olunan bütün sanksiyaların ləğvi lazım olduğu mövqeyinə sadiq qalarsa, çıxılmaz vəziyyətə gələcəyik”, - deyə ABŞ rəsmisi bildirib.
Eyni zamanda, Dövlət Departamentinin nümayəndəsi Tehranın "praqmatik mövqe" tutma qabiliyyətini şübhə altına alıb. Onun sözlərinə görə, ABŞ Vyanadakı dolayı danışıqlarda iranlılara Tehranın nüvə anlaşmasına qayıtması şərti ilə hansı sanksiyaları ləğv etməyə hazır olduqlarını açıq şəkildə bildirib.
ABŞ rəsmisi bundan əvvəlki Donald Tramp administrasiyasının İrana "maksimum təzyiq" etmə yanaşmasını da tənqid edib. Nəticədə İranın yalnız ABŞ-ın sevmədiyi fəaliyyətlərini gücləndirdiyini və bunun "mübahisəsiz bir həqiqət" olduğunu qeyd edib. O, buna görə Trampın siyasətinin ABŞ milli təhlükəsizliyi ilə uyğun olmadığını söyləyib. /Eastnews/