0
Saturday 10 April 2021 - 07:25

Bayden Rusiya və Çinə qarşı mübarizədə 715 mlrd. dollar ayrılmasını istəyib

Story Code : 926354
Bayden Rusiya və Çinə qarşı mübarizədə 715 mlrd. dollar ayrılmasını istəyib
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş büdcə layihəsində qeyd olunub.

“Prezidentin 2022-ci il üzrə sorğusu özündə ABŞ Müdafiə Nazirliyinə 715 milyard dollar vəsaitin ayrılmasını əhatə edir. Buraya Çinə qarşı təzyiq daxildir. Müraciətdə Pentaqonun əsas missiyası kimi Çindən gələn təhdidə qarşılıq verilməsi əsas gətirilir. Müdafiə Nazirliyi, həmçinin Rusiyanın sabitliyi pozan davranışlarına da qarşılıq verəcək”, - deyə sənəddə qeyd olunub.