0
Saturday 10 April 2021 - 11:43

İran güvənsizliyə səbəb olmuş ABŞ-la birbaşa və üzbəüz danışıqlardan imtina edib

Story Code : 926363
İran güvənsizliyə səbəb olmuş ABŞ-la birbaşa və üzbəüz danışıqlardan imtina edib
SalamNews xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbad Musəvi bu barədə CNN-ə müsahibəsində məlumat verib.

O bildirib ki, bu danşıqlar 4+1 formatında keçirilir və ABŞ-la birbaşa danışıqlara da ehtiyac yoxdur.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət Katibliyinin rəsmiləri İranın Vyanada birbaşa danışıqlara razılıq verməməsini tənqid etmişdilər.

Bildirək ki, sanksiyaların götürülməsi, nüvə sazişinə qayıtmaq və sabiq öhdəliklərin yerinə yetirilməsilə bağlı danışıqlar gələn həftə Vyanada davam edəcək. Tərəflər bu danışıqlarda cüzi irəliləyişlərin olduğunu bildirirlər.