QR CodeQR Code

İran güvənsizliyə səbəb olmuş ABŞ-la birbaşa və üzbəüz danışıqlardan imtina edib

10 Apr 2021 11:43

İslamTimes: Son həftədə Vyanada nüvə sazişilə bağlı danışıqlar 4+1 formatında keçirilib və ABŞ bu danışıqlara birbaşa qatılmayıb. İran bu danışıqlar çərçivəsində ABŞ-la birbaşa və üzbəüz müzakirə aparmaqdan imtina edir.


SalamNews xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbad Musəvi bu barədə CNN-ə müsahibəsində məlumat verib.

O bildirib ki, bu danşıqlar 4+1 formatında keçirilir və ABŞ-la birbaşa danışıqlara da ehtiyac yoxdur.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət Katibliyinin rəsmiləri İranın Vyanada birbaşa danışıqlara razılıq verməməsini tənqid etmişdilər.

Bildirək ki, sanksiyaların götürülməsi, nüvə sazişinə qayıtmaq və sabiq öhdəliklərin yerinə yetirilməsilə bağlı danışıqlar gələn həftə Vyanada davam edəcək. Tərəflər bu danışıqlarda cüzi irəliləyişlərin olduğunu bildirirlər.


Story Code: 926363

News Link :
https://www.islamtimes.org/az/news/926363/iran-güvənsizliyə-səbəb-olmuş-abş-la-birbaşa-və-üzbəüz-danışıqlardan-imtina-edib

Islam Times
  https://www.islamtimes.org