0
Saturday 10 April 2021 - 20:46

Hədəf İranda prezident seçkilərinədək razılaşma əldə edilməsidir

Story Code : 926483
Hədəf İranda prezident seçkilərinədək razılaşma əldə edilməsidir
Fransanın İrandakı səfiri son müsahibəsi zamanı Vyanada İranla 4+1 ölkələri arasında keçirilən danışıqlara toxunub. Səfir bildirib ki, Fransa prezidenti Emanuel Makron Amerika HBFP sazişini tərk etdikdən sonra 3 ildən çoxdur ki, İranın bu sazişi tərk etməməsinə çalışır. O bu məqsədlə Fransa və digər Avropa ölkələrinin İranla həmkarlıq etdiyini də söyləyib.

Fransa səfiri 2016-cı ildə ölkəsinin İranla geniş ticarət əlaqələrinə sahib olduğunu xatırladaraq, yaxın zamanda HBFP sazişinin bərpası ilə yenidən İranla əlaqələrin genişlənəcəyinə ümid etdiyini bildirib. O bildirib ki, İranda bu il keçiriləcək prezident seçkilərindək Amerika ilə İranın HBFP sazişinə geri dönməsinə çalışılacaq.