QR CodeQR Code

Hədəf İranda prezident seçkilərinədək razılaşma əldə edilməsidir

إسلام تايمز , 10 Apr 2021 20:46

İslamTimes: Fransanın İrandakı səfiri Filip Tiebo İranda prezident seçkilərinədək HBFP sazişinin bərpa olunmasına çalışıldığını bildirib.


Fransanın İrandakı səfiri son müsahibəsi zamanı Vyanada İranla 4+1 ölkələri arasında keçirilən danışıqlara toxunub. Səfir bildirib ki, Fransa prezidenti Emanuel Makron Amerika HBFP sazişini tərk etdikdən sonra 3 ildən çoxdur ki, İranın bu sazişi tərk etməməsinə çalışır. O bu məqsədlə Fransa və digər Avropa ölkələrinin İranla həmkarlıq etdiyini də söyləyib.

Fransa səfiri 2016-cı ildə ölkəsinin İranla geniş ticarət əlaqələrinə sahib olduğunu xatırladaraq, yaxın zamanda HBFP sazişinin bərpası ilə yenidən İranla əlaqələrin genişlənəcəyinə ümid etdiyini bildirib. O bildirib ki, İranda bu il keçiriləcək prezident seçkilərindək Amerika ilə İranın HBFP sazişinə geri dönməsinə çalışılacaq.


Story Code: 926483

News Link :
https://www.islamtimes.org/az/news/926483/hədəf-iranda-prezident-seçkilərinədək-razılaşma-əldə-edilməsidir

Islam Times
  https://www.islamtimes.org