QR CodeQR Code

NewYorkTimes: İran ABŞ-ı cəzalandırır!

وكالات , 10 Apr 2021 22:53

İslamTimes: "NewYorkTimes" yazır: Tehran ABŞ-ı HBFP sazişi çərçivəsindəki vədlərinə əməl etmədiyi üçün cəzalandırdı


"NewYorkTimes" qəzeti Vyanada keçirilən İran və Avropa ölkələri arasındakı iclasa işarə ilə yazıb:

2015-ci ildə Obama hökuməti ilə İran uzun müzakirələrdən sonra saziş imzaladı. Bu saziş əslində qarşıdurmasız həll yolu idi. İran öz nüvə fəaliyyətində Qərbi narahat edən fəaliyyətlərini məhdudlaşdırmağa, qarşı tərəf isə İrana qarşı bir sıra sanksiyaları ləğv etməyə söz verdi. Amma Tramp dövləti (İran öz öhdəliklərinə əməl etsə də) bu sazişdən imtina edərək, İranı "maksimum təzyiq" adı altında, ölümcül sanksiyalarla diz çökürəcəyini söylədi. Bu gün isə görünür ki, bu siyasət uğursuzluğa düçar olub. İran İslam Respublikası təslim olmaq fikrində olsaydı, təbii ki, bu hadisə daha öncələr baş verməli idi.

Bu gün Vyanada keçirilən görüşlər az da olsa saziş əldə ediləcəyi ilə bağlı ümid yaradıb. İran 5 il öncəki vədlərinə sadiq qalmayan, imzaladığı sənədə zərrə qədər əhəmiyyət verməyən ABŞ-ı cəzalandıraraq, "rəsmi Vaşinqton sanksiyaları ləğv etməmiş, ödəliklərimizə dönməyəcəyik" söyləyir!


Story Code: 926493

News Link :
https://www.islamtimes.org/az/news/926493/newyorktimes-iran-abş-ı-cəzalandırır

Islam Times
  https://www.islamtimes.org