QR CodeQR Code

Rüstəm Muradov ölümlə təhdid edildi

11 Apr 2021 00:03

İslamTimes: Ermənistanın Avan rayonu merinin müavini Nerses Poqosyan Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradovu ölümlə hədələyib.


Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Qeyd edilir ki, Poqosyan Muradova səslənərək "Mənim əsgərlərimin qanı ilə oynadığın üçün sən öz həyatınla cavab verəcəksən, əqrəb kimi öləcəksən", - deyib.

Xatırladaq ki, iki gün öncə Ermənistanda "hərbi əsirlər"in (erməni terrorçuları Ermənistan "hərbi əsir" adlandırır - red.) İrəvana qaytarılması ilə bağlı ajiotaj yaranmışdı. Hətta xeyli sayda insan onları qarşılamaq üçün Erebuni aeroportuna toplaşmışdı. Bu məsələyə reaksiya verən Rüstəm Muradov Ermənistan hakimiyyətini təxribatda ittiham etdi.

"Erməni hərbi əsirlərin Bakıdan gətiriləcəyi barədə xəbərlər təxribat idi",- deyən rusiyalı general bildirib ki, "əsirlər"in qaytarılması ilə bağlı heç nə planlaşdırılmamışdı və bu, Bakıya işgüzar səfər idi.


Story Code: 926502

News Link :
https://www.islamtimes.org/az/news/926502/rüstəm-muradov-ölümlə-təhdid-edildi

Islam Times
  https://www.islamtimes.org