0
Sunday 11 April 2021 - 00:37

ABŞ-da mağazada atışma olub, ölən və xəsarət alanlar var

Story Code : 926503
ABŞ-da mağazada atışma olub, ölən və xəsarət alanlar var
“Report” xəbər verir ki, bu barədə polisin nümayəndələrinə istinadən “Fox News” telekanalı bildirib.

Asayiş keşikçiləri güman edirlər ki, atəşi yerli sakin açıb. Onun şəxsiyyəti açıqlanmır. Cinayətkar atəş üçün tapançadan istifadə edib.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hakimiyyət güman edir ki, şübhəli şəxs atəş açdığı şəxslərlə tanışdır. Hadisəni törədən şəxs saxlanılıb.