QR CodeQR Code

İran XİN: “Tehran yenə də ABŞ-la birbaşa təmaslara ehtiyac görmür”

11 Apr 2021 09:12

İslamTimes: “İranın nüvə anlaşması ilə bağlı Vyanada keçirilən müşavirələr göstərdi ki, bu istiqamətdə irəliləyiş mümkündür, lakin Tehran yenə də ABŞ-la birbaşa təmaslara ehtiyac görmür.


APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə CNN-ə verdiyi müsahibəsində deyib.

İranlı diplomat bildirib ki, Vyanada düzgün istiqamətdə addımlar atıldı: “Vyanadakı məsləhətləşmələr irəliləmənin mümkün olduğunu göstərdi. Lakin vəziyyət hazırda asan deyil. Görünən budur ki, ABŞ-ın hazırkı rəhbərliyində Prezident Trampın sanksiyalarına daha çox bağlı olanlar var. Mənim fikrimcə, bu siyasi qərarı prezident Bayden verməlidir”.

Xatibzadə, həmçinin, qeyd edib ki, İran və ABŞ-ın yenidən danışıqlar apara biləcəyi, rəsmi Vaşinqtonun razılaşmaya əməl edib-etməyəcəyinə bağlıdır.

 


Story Code: 926527

News Link :
https://www.islamtimes.org/az/news/926527/iran-xin-tehran-yenə-də-abş-la-birbaşa-təmaslara-ehtiyac-görmür

Islam Times
  https://www.islamtimes.org