0
Sunday 11 April 2021 - 09:57

Belarusdan Ukraynaya cavab: Gülünc təklifdir!

Story Code : 926533
Belarusdan Ukraynaya cavab: Gülünc təklifdir!
Axar.az xəbər verir ki, bunu Belarus xarici işlər naziri Vladimir Makey Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçukun Donbas danışıqlarını Minskdən Polşaya köçürmək barədə təklifinə reaksiya bildirərkən deyib.

"Bu bəyanat fonunda bəzi Ukrayna siyasətçiləri Minskdə əldə edilmiş razılaşmalara riayət etmək istəməməkdən bəhs edir. Bu görüşlərin harada keçirilməsinin fərqi yoxdur. Antarktidada olsa belə. Əsas odur ki, konkret bir nəticə əldə olunsun. Məhz bu danışıqlar nəticəsində Ukraynanın şərqindəki hərbi əməliyyatlar dayandırıldı", - Makey qeyd edib.

Makey bildirib ki, Kravçukun təklifi gülüncdür və Polşanın bitərəfliyini şübhə altına qoyub.