QR CodeQR Code

BBC Britaniya xalqının sevgisinin "fasiləsiz ölüm proqramı"na səbəb olduğunu bildirdi

إسلام تايمز , 11 Apr 2021 10:41

İslamTimes: BBC kanalı Şahzadə Filipin ölümü ilə bağlı fasiləsiz proqramlar yayımlamasına səbəb kimi xalqın ona olan sevgisini göstərdi


Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq Hersoqu Şahzadə Filipin vəfat etməsindən sonra BBC telekanalının proqramları dayandıraraq, bütün gün ərzində Şahzadə Filip haqqında proqramlar nümayiş etdirməsi Britaniya əhalisini qəzəbləndirib. Britaniyalılar BBC kanalının təkliflər və tənqidlərlə bağlı səhifəsinə şikayətlərlə, o cümlədən sosial şəbəkələrdə kanalın ölüm xəbərindən sonra fasiləsiz olaraq Şahzadə Filipdən proqramlar nümayiş etdirməsini etiraz ediblər.

BBC kanalı saysız şikayətlərdən sonra rəsmi internet saytında bu şikayətlər üçün bir səhifə açmaqla kifayətlənib.  Səhifənin yuxarı hissəsində "Edinburq Hersoqu Şahzadə Filipin ölümünün həddindən artıq işıqlandırılması ilə bağlı şikayətlər alırıq" yazılıb.

Kanal bundan sonra Rusiya, Çin və Fars dillərində yayımlanan BBC kanalllarında şahzadənin ölümünün bu həddə işıqlandırılmasına bəhanə olaraq bildirib ki, Britaniya xalqının uzun illərdir Kraliça və Şahzadəyə olan "sevgisi" bu mövzuya bu qədər önəm verməklərinə səbəb olub.


Story Code: 926546

News Link :
https://www.islamtimes.org/az/news/926546/bbc-britaniya-xalqının-sevgisinin-fasiləsiz-ölüm-proqramı-na-səbəb-olduğunu-bildirdi

Islam Times
  https://www.islamtimes.org