0
Monday 12 April 2021 - 00:03

İran Nətənz nüvə obyektində baş verən insidentin təxribat olduğunu bildirib

Story Code : 926644
İran Nətənz nüvə obyektində baş verən insidentin təxribat olduğunu bildirib
SalamNews xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının sədri Əli-Əkbər Salehi deyib.

O, bu gün insidentlə bağlı açıqlama verərkən bildirib ki, bu, İranda nüvə enerjisi sahəsində inkişafın olmasını istəməyən qüvvələrin təxribatıdır.

İranın Atom Enerjisi Təşkilatının sədri qeyd edib ki, ölkədə müxtəlif sahələrin xüsusilə də nüvə enerjisi sahəsinin inkişaf etməsinin əleyhdarları olan qüvvələrin bu cəhdi də uğursuz alınıb.

Salehi vurğulayıb ki, İran bu kimi təxribatlara cavab vermək hüququnu özündə görür və bunu həyata keçirəcək.

Qeyd edək ki, İranın Atom Enerjisi Təçkilatının sözçüsü Behruz Kamalvəndi bu gün səhər bildirib ki, İsfahan əyalətində yerləşən Nətənz nüvə obyektinin “Şəhid Əhməd Rouşən” kompleksi ərazisində yerləşən elektrik şəbəkəsində insident baş verib. O bildirib ki, bu hadisə nəticəsində xəsarət alan olmayıb və heç bir radiasiya və çirklənmə baş verməyib.

Əlavə edək ki, İran dünən Milli nüvə texnologiyası günü münasibətilə ölkədə 133 nüvə məhsulu və layihənin açılışını edib. Bu məhsullardan bir neçəsi də sözügedən Nətənz nüvə obyektində istifadəyə verilib və ya sınaqdan keçirilib. Onlardan biri də uranın zənginləşdirilməsi üçün lazım olan inkişaf etmiş yeni nəsil İR-9 sentrifuqasıdır.