0
Monday 12 April 2021 - 06:37

Şimali Koreya 3000 tonluq sualtı gəmi hazırlayıb

Story Code : 926661
Şimali Koreya 3000 tonluq sualtı gəmi hazırlayıb
APA “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Koreya Respublikası və ABŞ-ın kəşfiyyat məlumatlarında göstərilib.

“Həm Cənubi Koreya, həm də Amerika kəşfiyyat xidmətləri əmin edir ki, Şimali Koreya 2019-cu ilin iyul ayında xəbər verilmiş 3000 tonluq sualtı qayığın inşasını artıq bitirib”, - deyə agentliyin mənbələri bildirib.

Həmsöhbətlərdən biri qeyd edib ki, KXDR “sualtı qayığı ABŞ-a təzyiqi artırmaq kimi məqsədlər də daxil olmaqla maksimum strateji effektiv şəkildə təqdim etmək üçün doğru vaxt axtarır”.

“Yonhap” agentliyi yazır ki, yeni sualtı qayığın nümayişi zamanı KXDR ballistik raket sınağı da həyata keçirə bilər.