QR CodeQR Code

ABŞ-da növbəti silahlı insident - 4 nəfər güllələndi

12 Apr 2021 07:24

ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində baş vermiş atışma nəticəsində biri 2 yaşlı uşaq olmaqla azı dörd nəfər yaralanıb.


APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisin “Twitter” səhifəsində məlumat yer alıb.

Məlumata görə, yaralanan ikiyaşlı uşağın vəziyyəti ağırdır, digər üç kişinin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.

Polis atışmanın təfərrüatlarını müəyyənləşdirir.

 


Story Code: 926667

News Link :
https://www.islamtimes.org/az/news/926667/abş-da-növbəti-silahlı-insident-4-nəfər-güllələndi

Islam Times
  https://www.islamtimes.org