0
Monday 12 April 2021 - 08:05

Əfqanıstan prezidenti ölkədə növbədənkənar seçkilərin keçirilməsinə çağırdı

Story Code : 926673
Əfqanıstan prezidenti ölkədə növbədənkənar seçkilərin keçirilməsinə çağırdı
Bu barədə “Report” “Anadolu”ya istinadən xəbər verir.

Kabildə keçirilən tədbirdə çıxış edən dövlət başçısı qeyd edib ki, seçkilər beynəlxalq müşahidəçilərin nəzarəti altında, qısa müddətə keçirilməlidir.

Bu halda Qani əmin edib ki, seçkilərdə namizədliyini irəli sürmək niyyətində deyil və ölkənin idarə ediməsini seçkilərin nəticəsinə görə formalaşdırılacaq yeni hökumətə həvalə edəcək.

Prezident qeyd edib ki, Əfqanıstanda 42 illik müharibə xalq kütlələri arasında fikir ayrılığına səbəb olub.

"Biz ölkədə möhkəm sülh istəyirik. Sülhün qurulması böyük qurbanlar tələb edir", - Qani əlavə edib.