0
Monday 12 April 2021 - 09:19

Fransada məscid binası təhqir olunub

Story Code : 926691
Fransada məscid binası təhqir olunub
Bu barədə “Report” “Anadolu”ya istinadən xəbər verir.

Bildirilir ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Fransanın Daxili işlər naziri Cerald Darmanin İbn Sina məscidində İslam əleyhinə təxribatı pisləyib və ölkənin bütün müsəlmanları ilə həmrəyliyini ifadə edib.

“Renndə məscidin divarlarına İslam əleyhinə yazıların yazılması yolverilməz faktdır. Ölkənin bütün müsəlmanları ilə həmrəyəm", - Daxili işlər naziri özünün tvitterdəki səhifəsində yazıb.

Darmanin həmçinin bildirib ki, məscidə baş çəkməyi planlaşdırır.

Renn şəhərinin meri Natali Apper də həmçinin müsəlman ictimaiyyətinə dəstək verdiyini söyləyib. Onun sözlərinə görə, Fransada belə hadisələr yolverilməzdir.

Fransanın İslam Şurası (CFCM) və Fransanın Türk-Müsəlman Cəmiyyətlərinin Koordinasiya Komitəsi (CCMTF) də təxribatı qətiyyətlə pisləyib.

Qeyd edək ki, bu, son günlər Fransada məscidlərə qarşı növbəti təxribatdır. Aprelin 9-da Nant şəhərində naməlum şəxslər Arrahma məscidini yandırıblar. Hadisə zamanı məscidə maddi ziyan vurulub, giriş qapısı tamamilə yanıb. Məscidin ətrafında içində benzin olan kanistrlər tapılıb.