QR CodeQR Code

Yəmən ordusundan Səudiyyə rejiminə ağır cavab zərbəsi

إسلام تايمز , 12 Apr 2021 18:48

İslamTimes: Yəmən Silahlı Qüvvələri Səudiyyə ərazisində genişmiqyaslı dron və raket əməliyyatları həyata keçirdiyi barədə məlumat verib.


Əl-Məsira xəbər saytında yayımlanan açıqlamada deyilir: "Səudiyyə rejiminin Yəmənə qarşı cinayətlərinin, təcavüzünün şiddətlənməsinə cavab olaraq bu ölkə ərazisində "30 Şəban" əməliyyatı keçirdik. 17 PUA və ballistik raketlərlə cinayətkar Səudiyyə rejiminə cavab verildi. 10 "Səmad 3" PUA-sı ilə Ciddə və Əl-Cəbil məntəqələrində Aramco şirkəti hədəf alındı!"

Yəmən Silahlı Qüvvələrinin sözçüsü general Yəhya Səri əlavə edib ki, Xamis Muşeyt və Cəzan bölgələrindəki kritik hərbi bazalar da beş "Qasif 2K" dronu və iki "Badr1" ballistik raketi ilə hədəf alınıb.

 


Story Code: 926789

News Link :
https://www.islamtimes.org/az/news/926789/yəmən-ordusundan-səudiyyə-rejiminə-ağır-cavab-zərbəsi

Islam Times
  https://www.islamtimes.org