QR CodeQR Code

Zərif: İraqdan Qasim Süleymaninin qətlinin ciddi şəkildə araşdırılmasını gözləyirik

إسلام تايمز , 12 Apr 2021 20:19

İslamTimes: İraq Milli Təhlükəsizlik müşaviri Qasim Məhəmməd Cəlal Əl-Ərəci bir nümayəndə heyəti ilə birlikdə Tehrana səfər edib.


Əl-Ərəci bu gün günortadan sonra İran xarici işlər naziri ilə görüşüb. İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif, İraq Milli Təhlükəsizlik İdarəsinin Məsləhətçisi Qassim Əl-Ərəci ilə görüşündə qonşularla əlaqələri genişləndirməyin İran üçün prioritet olduğunu vurğulayaraq, İraqı İranla möhkəm və daim artan əlaqələrə sahib bir ölkə kimi xarakterizə edib.

İran Xarici İşlər Naziri əlavə edib: "İran hər zaman İraqın müstəqilliyinə, təhlükəsizliyinə, ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşıb və regional əlaqələrdəki konstruktiv rolunu alqışlayıb."

İranın Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Şəmxani də Qassim Əl-Ərəci ilə görüşüb. Cavad Zərif və Əli Şəmxani rəsmi Tehranın Qasim Süleymani və Mehdi Əl-Mühəndisinin qatillərinin cəzalandırılması ilə bağlı İraqdan daha çox gözləntiləri olduğunu bildirib...


Story Code: 926790

News Link :
https://www.islamtimes.org/az/news/926790/zərif-iraqdan-qasim-süleymaninin-qətlinin-ciddi-şəkildə-araşdırılmasını-gözləyirik

Islam Times
  https://www.islamtimes.org