QR CodeQR Code

Rusiya: Ümid edirik Nətənzdəki hadisə HBFP sazişinin bərpasına mane olmayacaq

إسلام تايمز , 12 Apr 2021 21:13

İslamTimes: Rusiya: İranın Nətənz nüvə obyektindəki hadisənin təxribat olduğu ortaya çıxsa, hadisənin sifarişçiləri ağır şəkildə cəzalandırılmalıdır!"


Rusiya Xarici İşlər Nazirliyi, bazar günü İranın Nətənz nüvə obyektində baş verən, uran zənginləşdirilməsini hədəf alan hadisənin HBFP sazişinin bərpasına mənfi təsir etməyəcəyinə ümid etdiyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova tərəfindən verilən açıqlamada deyilir: "Moskva əmindir ki, İran bu məsələnin səbəbləri və şərtləri barədə hərtərəfli araşdırma aparmağa qadirdir. Bu gün yeganə narahatlıq İran mütəxəssislərin vaxtında və professional bir şəkildə nəzarətə aldığı nüvə təsisatındakı təhlükəsizlik deyil. Hadisənin təxribat olduğu ortaya çıxsa, qəsdən, qərəzli şəkildə törədilən bu hadisənin sifarişçiləri ağır şəkildə cəzalandırılmalıdır!"


Story Code: 926803

News Link :
https://www.islamtimes.org/az/news/926803/rusiya-ümid-edirik-nətənzdəki-hadisə-hbfp-sazişinin-bərpasına-mane-olmayacaq

Islam Times
  https://www.islamtimes.org