0
Monday 12 April 2021 - 21:13

Rusiya: Ümid edirik Nətənzdəki hadisə HBFP sazişinin bərpasına mane olmayacaq

Story Code : 926803
Rusiya: Ümid edirik Nətənzdəki hadisə HBFP sazişinin bərpasına mane olmayacaq
Rusiya Xarici İşlər Nazirliyi, bazar günü İranın Nətənz nüvə obyektində baş verən, uran zənginləşdirilməsini hədəf alan hadisənin HBFP sazişinin bərpasına mənfi təsir etməyəcəyinə ümid etdiyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova tərəfindən verilən açıqlamada deyilir: "Moskva əmindir ki, İran bu məsələnin səbəbləri və şərtləri barədə hərtərəfli araşdırma aparmağa qadirdir. Bu gün yeganə narahatlıq İran mütəxəssislərin vaxtında və professional bir şəkildə nəzarətə aldığı nüvə təsisatındakı təhlükəsizlik deyil. Hadisənin təxribat olduğu ortaya çıxsa, qəsdən, qərəzli şəkildə törədilən bu hadisənin sifarişçiləri ağır şəkildə cəzalandırılmalıdır!"