QR CodeQR Code

Sionist mediası: “İranda nüvə müəssisəsindəki qəzanın arxasında Mossad dayanır”

12 Apr 2021 23:18

İslamTimes: İsrail rejiminin İctimai Yayım Korporasiyası (KAN) İranın İsfahan şəhərindəki Natanz Nüvə Müəssisəsindəki qəzanın arxasında İsrail rejiminin kəşfiyyat xidməti Mossadın olduğunu iddia edib.


Natanz Nüvə Müəssisəsində, ilk olaraq elektrik paylama şəbəkəsində meydana gələn qəza olaraq xalqa elan edilən və sonra bunun terror aktı olduğunu elan edən hadisə ilə əlaqədar KAN tərəfindən iddia ortaya atılıb.

KAN-ın kəşfiyyat səlahiyyətlilərinə güvəndiyi hesabatında, hadisənin arxasında Mossadın olduğu və müəssisəyə zərərin İranın elan etdiyindən daha çox olduğu qeyd edilib.

Sözügedən ziyanın ölkənin uran zənginləşdirmə imkanlarına zərbə vurduğu qeyd edilən xəbərdə, hadisənin vaxtının təsadüf olmadığı vurğulanıb.

Xəbərdə İsrail rejiminin kabinetinin İran məsələsini müzakirə etmək üçün18 aprel bazar günü toplanacağı və İranın nüvə müqaviləsi ilə bağlı danışıqların və bölgədəki İranla gərginliyin kabinet iclasında müzakirə ediləcəyi qeyd edilib.

İran Atom Enerjisi Agentliyinin sözçüsü Bəhruz Kamalvəndi bu gün (12 aprel) səhər Natanz Nüvə Zavodunun elektrik paylama şəbəkəsində bir qəzanın baş verdiyini bildirmiş və hadisənin səbəbi ilə bağlı araşdırmaların davam etdiyini söyləmişdi.

İran Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Salihi daha sonra müəssisədə baş verən qəzanın terror aktı olduğunu elan etmişdi. /Deyerler/

 


Story Code: 926835

News Link :
https://www.islamtimes.org/az/news/926835/sionist-mediası-iranda-nüvə-müəssisəsindəki-qəzanın-arxasında-mossad-dayanır

Islam Times
  https://www.islamtimes.org