0
Tuesday 13 April 2021 - 00:54

Rusiyadan Türkiyəyə xəbərdarlıq: “Nəticəsi pis ola bilər”

Story Code : 926851
Rusiyadan Türkiyəyə xəbərdarlıq: “Nəticəsi pis ola bilər”
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, belə dəstəklər sayəsində Kiyevin ata biləcəyi ehtiyatsız addımları pis nəticələnə bilər.
Lavrov ABŞ-ın Qara dənizə döyüş gəmiləri göndərməsinə də münasibət bildirib:

“ABŞ gəmilərinin Qara dənizə keçməsi təcavüzkar ritorika ilə müşayiət olunur. Moskva Vaşinqtonun Ukraynada hansı hədəfləri izlədiyini dəqiq bilmir”.

Qeyd edək ki, dünən Ukrayna Prezidenti Vladimir Zelenski İstanbulda türk həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Ərdoğan görüşdə Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib. O, Krımın "ilhaqını" tanımadığını da vurğulayıb.