0
Tuesday 13 April 2021 - 10:09

Rusiya Türkiyəyə xəbərdarlıq etdi

Story Code : 926923
Rusiya Türkiyəyə xəbərdarlıq etdi
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Türkiyə və digər ölkələrə xəbərdarlıq edərək, onlara Ukraynaya hərbi təchizatlar satmaq kimi təhrikedici addımlar atmaqdan çəkinməyi tövsiyə edib.

Misir prezidenti ilə mətbuat konfransında iştirak edən Rusiya XİN başçısı əlavə edib ki, bütün ölkələr Ukrayna tərəfindən verilən bəyanatları duqqətlə araşdırmalı və gərginliyin artmasına səbəb olmamalıdırlar. Ukraynaya silah satılmazdan öncə bu ölkədəki neonazi fəaliyyətləri  nəzərə alınmalıdır.

Qeyd edək ki, Ukrayna Türkiyədən PUA alınması və Türkiyə ilə birgə PUA istehsalı ilə bağlı müqavilə imzalayıb.