0
Tuesday 13 April 2021 - 12:32

İran koronavirus peyvəndi ilə bağlı Rusiyaya təşəkkür etdi

Story Code : 926926
İran koronavirus peyvəndi ilə bağlı Rusiyaya təşəkkür etdi
İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ölkəyə "COVID-19" koronavirus infeksiyasına qarşı "Sputnik V" peyvəndi verilməsində göstərdiyi köməyə görə Rusiya rəhbərliyinə təşəkkür edib və Rusiya dərmanının İran İslam Respublikasında istehsalının başlamasına ümid etdiyini bildirib.

"İrana peyvənd verilməsində göstərdiyi köməyə görə Rusiyaya təşəkkür edirik. Ümid edirik ki, tezliklə İran İslam respublikasında "Sputnik V" peyvəndinin istehsalına başlanılacaq. Tibb sahəsi iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi çox vacibdir", - deyə Cavad Zərif bildirib. /Eastnews/