QR CodeQR Code

Əbdülməlik Husi: "Beynəlxalq aləm Amerika və İsrailin təsiri altındadır"

13 Apr 2021 12:06

İslamTimes: Yəmən "Ənsarullah" hərəkatının lideri İslam ümmətini Ramazan ayının gəlişi münasibətilə təbrik edib.


O qeyd edib ki, Ramazan ayı böyük bir fürsətdir və İslam ümmətinin işlərini islah etmək üçün istifadə olunmalıdır:
"Müqəddəs Ramazan ayından istifadə etməklə İslam ümmətinin qarşılaşdığı bir çox problem həll edilə bilər. Ramazan ayının rituallarını yerinə yetirmək İslam ümmətinin səbrini və iradəsini gücləndirir. Ramazan ayının ən vacib nemətlərindən biri özünü tərbiyə etmək və ilahi təqva qazanmaqdır".

"Ənsarullah" hərəkatının lideri bildirib ki, beynəlxalq ictimaiyyət hazırda ABŞ və İsrail rejiminin rəhbərlik etdiyi güclərin hökmranlığından əziyyət çəkir, bu səbəbdən də bu mərhələdə İslam ümmətinin ilahi və Qurani-Kərim rəhbərliyinə böyük ehtiyacı var. /Eastnews/


Story Code: 926927

News Link :
https://www.islamtimes.org/az/news/926927/əbdülməlik-husi-beynəlxalq-aləm-amerika-və-israilin-təsiri-altındadır

Islam Times
  https://www.islamtimes.org