0
Tuesday 13 April 2021 - 13:55

Sergey Lavrov İran prezidenti Həsən Ruhani ilə görüşüb (FOTO)

Story Code : 926931
Sergey Lavrov İran prezidenti Həsən Ruhani ilə görüşüb (FOTO)
SalamNews İRNA-a istinadla xəbər verir ki, Sergey Lavrov Tehranda İran prezidenti Həsən Ruhani ilə görüşərək danışıqlar aparıb.

Sergey Lavrov bundan öncə iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşərək, qarşılıqlı əlaqələri və bir sıra region məsələlərini müzakirə edib.

Sergey Lavrovun İran səfərində tərəflər arasında müxtəlif sahələr üzrə əməkdaşlıqla bağlı bir neçə memorandum və razılaşma imzalanıb.