0
Tuesday 13 April 2021 - 14:21

İran İsraildən BMT-yə şikayət etdi

Story Code : 926943
İran İsraildən BMT-yə şikayət etdi
Zərif bu barədə Twitter hesabı vasitəsilə deyib: "Birləşmiş Millətlər Təşkilatının Baş katibinə yazdım:
MAQATE-nin nəzarəti altında olan nüvə obyektlərindən birini qəsdən hədəf alaraq, radioaktiv maddənin sızmasına hesablanmış bir hücum nüvə terrorizmi və hərbi cinayətdir! İsrail ABŞ-dakı seçkidən sonra HBFP sazişinin bərpa olunmasına mane olacağını bildirmişdi. Bu gün onlar artıq təxribat xarakterli fəaliyyətlərinə başlayıblar..."

İran XİN başçısı həmçinin bildirib ki, ABŞ nüvə mövzusunda dalana dirənmiş problemləri yoluna qoymaq istəyirsə Tramp administrasiyasının iqtisadi müharibə vasitəsi olan insanlığa sığmayan sanksiyalarını ləğv etməlidir.