QR CodeQR Code

İran İsraildən BMT-yə şikayət etdi

إسلام تايمز , 13 Apr 2021 14:21

İslamTimes: İran İslam Respublikasının Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif, sionist rejimin İranın Nətənz nüvə obyektindəki son təxribatından sonra BMT-nin Baş katibi Antonio Quterreşə məktub ünvanlayıb.


Zərif bu barədə Twitter hesabı vasitəsilə deyib: "Birləşmiş Millətlər Təşkilatının Baş katibinə yazdım:
MAQATE-nin nəzarəti altında olan nüvə obyektlərindən birini qəsdən hədəf alaraq, radioaktiv maddənin sızmasına hesablanmış bir hücum nüvə terrorizmi və hərbi cinayətdir! İsrail ABŞ-dakı seçkidən sonra HBFP sazişinin bərpa olunmasına mane olacağını bildirmişdi. Bu gün onlar artıq təxribat xarakterli fəaliyyətlərinə başlayıblar..."

İran XİN başçısı həmçinin bildirib ki, ABŞ nüvə mövzusunda dalana dirənmiş problemləri yoluna qoymaq istəyirsə Tramp administrasiyasının iqtisadi müharibə vasitəsi olan insanlığa sığmayan sanksiyalarını ləğv etməlidir.


Story Code: 926943

News Link :
https://www.islamtimes.org/az/news/926943/iran-israildən-bmt-yə-şikayət-etdi

Islam Times
  https://www.islamtimes.org