QR CodeQR Code

ABŞ İranın uranı 60 faizədək zənginləşdirməsinə münasibət bildirdi

إسلام تايمز , 13 Apr 2021 22:53

İslamTimes: Ağ Ev sözçüsü Cen Psaki bildirib ki, ABŞ İranın uranı 60 faizədək zənginləşdirməsinə start verdiyinə dair elanını ciddi qəbul edir.


Mətbuat konfransı zamanı Cen Psaki deyib: "Hədəfimiz diplomatik yolla, danışıqlar yolu ilə İranla anlaşma əldə etməkdir və bu hələ də belə davam edəcək."

Ağ Ev sözçüsü, İranın uranı 60 faizədək zənginləşdirməyə başlamasını bu ölkənin Vyana danışıqlarına önəm verməməsi kimi dəyərləndirib və bu addımın Vyana danışıqlarının ciddiliyini şübhə altına atdığını iddia edib.

Qeyd edək ki, İran İslam Respublikası açıq şəkildə vurğulayıb ki, ABŞ dəfələrlə imzaladığı sənədlərə, verdiyi sözlərə əməl etmədiyindən, artıq İran ABŞ-ın rəftarlarında dəyişikliyi müşahidə etmədən, heç bir güzəştə getməyəcək.


Story Code: 927044

News Link :
https://www.islamtimes.org/az/news/927044/abş-iranın-uranı-60-faizədək-zənginləşdirməsinə-münasibət-bildirdi

Islam Times
  https://www.islamtimes.org