QR CodeQR Code

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılacağı vaxt açıqlanıb

14 Apr 2021 04:59

İslamTimes: ABŞ Prezidenti Cozef Bayden əkiz qüllələrə edilən hücumun 20-ci ildönümü - sentyabrın 1-dək Amerika qoşunlarını Əfqanıstandan çıxarmaq niyyətindədir.


APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının yüksək ranqlı nümayəndəsi Əfqanıstandakı vəziyyətə həsr olunan xüsusi brifinqin gedişində bildirib.

“Biz mayın 1-dən heç bir şərt irəli sürmədən Əfqanıstandan qoşunların nizamlı çıxarılması prosesinə başlayırıq və sentyabrın 11-dək ölkədəki bütün amerikalı hərbçiləri çıxarmağı planlaşdırırıq”, - deyə o bildirib.

Amerika icra hakimiyyətinin nümayəndəsi, həmçinin qeyd edib ki, Vaşinqton “Taliban” hərəkatını amerikalı hərbçilərə hücumdan çəkinməyə çağırıb.

“Biz “Taliban” hərəkatına qoşunların çıxarılması zamanı amerikalı hərbçilərə edilən istənilən hücuma qətiyyətlə cavab verəcəyimizi bildirmişik”, - deyə o əlavə edib.

Vaşinqton administrasiyasının nümayəndəsi terrorizmə qarşı mübarizə bəhanəsi ilə ABŞ-ın regionda yetərincə hərbi kontingent saxlayacağını bildirib.

Xatırladaq ki, fevralın 29-da ABŞ və “Taliban” hərəkatı arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır. “Taliban” isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcəkləri barədə zəmanət verib.


Story Code: 927066

News Link :
https://www.islamtimes.org/az/news/927066/abş-qoşunlarının-əfqanıstandan-çıxarılacağı-vaxt-açıqlanıb

Islam Times
  https://www.islamtimes.org