QR CodeQR Code

“Taliban” “Əfqanıstanda sülh prosesi” konfransında iştirak etməyəcək

14 Apr 2021 09:33

İslamTimes: “Taliban” Türkiyənin təşkilatçılığı ilə İstanbulda keçirilməsi planlaşdırılan “Əfqanıstanda sülh prosesi” konfransında iştirak etməkdən imtina edib.


Bu barədə "Report" "Agence France-Presse"ə istinadən xəbər verir.

“Taliban” səbəb kimi xarici ölkələrin hərbçilərinin Əfqanıstanda mövcudluğunu göstərib.

“Bütün xarici qüvvələr Əfqanıstandan tamamilə çıxarılmayınca, biz Əfqanıstanla bağlı hər hansı konfransda iştirak etməyəcəyik”.

Qeyd edək ki, 24 aprel - 4 may tarixlərində Türkiyənin İstanbul şəhərində “Əfqanıstanda sülh prosesi” konfransının keçirilməsi planlaşdırılır.


Story Code: 927123

News Link :
https://www.islamtimes.org/az/news/927123/taliban-əfqanıstanda-sülh-prosesi-konfransında-iştirak-etməyəcək

Islam Times
  https://www.islamtimes.org