0
Wednesday 14 April 2021 - 10:43

Aİ Türkiyəyə qarşı ikili standartlara son qoymalıdır - ƏRDOĞAN

Story Code : 927126
Aİ Türkiyəyə qarşı ikili standartlara son qoymalıdır - ƏRDOĞAN
Publika.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkənin Nazirlər Kabinetinin iclasından sonra televiziya ilə müraciətində deyib.

Onun sözlərinə görə, Ankarada “Aİ-nin Türkiyəyə qarşı, bloka qəbul edilmiş digər ölkələr kimi, eyni proses və təcrübəni tətbiq edəcəyini gözləyirlər".

Türkiyə lideri qeyd edib ki, pandemiya fonunda Avropa ölkələrində baş verən sosial təlatümlərə hakimiyyətlərin reaksiyası onların Türkiyəyə qarşı ikili standartlarını üzə çıxarıb.

Prezident Ərdoğan Ankara ilə Kiyev arasındakı əlaqələrin gücləndirilməsi mövzusuna da toxunub. O, "Türkiyə-Ukrayna münasibətlərinin inkişafı istiqamətində atılan hər addımın regionda sülh və əmin-amanlıq üçün vacib olduğunu" vurğulayıb.

Ölkə lideri regionda sabitliyi təmin etmək üçün Türkiyə ilə Rusiya arasında qarşılıqlı fəaliyyətin vacibliyini də bəyan edib: "Düşünürəm ki, şəraitdən asılı olmayaraq, Rusiya ilə dəstəklədiyimiz dialoq kanalları regionumuzda böhranların qarşısının təhlükəli miqyasa çatmamışdan əvvəl alınmasında həqiqətən uğurlu nəticələrə gətirib çıxarıb".