QR CodeQR Code

ABŞ dövlət katibinin müavini qadın diplomat olacaq

14 Apr 2021 10:09

İslamTimes: ABŞ Konqresinin Senatı dövlət katibinin birinci müavini vəzifəsinə Uendi Şermanın namizədliyini bəyənib.


Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

56 senator Şermanın namizədliyini dəstəkləsə də, 42 senator buna qarşı çıxıb. Qadın diplomat yaxın zamanlarda and içəcək.

ABŞ-ın 44-cü prezidenti Barak Obamanın (2009-2017) administrasiyasında U. Şerman dövlət katibinin siyasi məsələlər üzrə müavini (2011-2015) vəzifəsində çalışıb.

2015-ci ildə isə İranın nüvə proqramı ilə bağlı danışıqlarda ABŞ komandasına rəhbərlik edib.


Story Code: 927128

News Link :
https://www.islamtimes.org/az/news/927128/abş-dövlət-katibinin-müavini-qadın-diplomat-olacaq

Islam Times
  https://www.islamtimes.org