QR CodeQR Code

Seyid Abbas Əraqçi: “Uranı 60% saflıqda zənginləşdirməyə başladıq”

Deyerler , 14 Apr 2021 13:39

İslamtimes -İran xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi Natanz nüvə zavodunda daha 1000 sentrifuqanı işə salacaqlarını açıqlayıb.



Deyerler.org xəbər verir ki, Seyid Abbas Əraqçi 60% saflıqda zənginləşdirilmiş uran istehsalına başladıqlarını da açıqlayıb və bu mövzuda Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) məlumatlandırdıqlarını bildirib.
 
Qeyd edək ki, Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei çıxışlarının birində belə demişdi: “İran nüvə enerjisinə olan məntiqli yanaşmasından geri çəkilməyəcək. Ölkənin mənfəətinə və ehtiyaclarına uyğun olaraq, hətta lazım olsa 60% uran da zənginləşdiriləcək”.
 


Story Code: 927159

News Link :
https://www.islamtimes.org/az/news/927159/seyid-abbas-əraqçi-uranı-60-saflıqda-zənginləşdirməyə-başladıq

Islam Times
  https://www.islamtimes.org