QR CodeQR Code

Çavuşoğlu: Ankara Rusiyanın Türkiyə ilə uçuşları dayandırması qərarında siyasi motiv görmür

14 Apr 2021 15:07

İslamTimes: Ankara, Rusiyanın Türkiyə ilə uçuşları dayandırması qərarında siyasi motiv görmür. SalamNews -un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu jurnalistlərə açıqlama verib.


Diplomatiya rəhbəri bildirib ki, Rusiya tərəfi bu qərarı koronavirusdan qorunma tədbirləri ilə motivasiya edib.

Onun sözlərinə görə, uçuşların dayandırılmasının mənfi nəticələri olacaq.

“Rusiyalı turistlər Türkiyədə istirahət etmək istəyirlər. Sual sırf səhiyyə sahəsi ilə bağlıdır. Hava nəqliyyatının bərpası məsələsi üzərində işləyirik. Rusiya səlahiyyətlilərinin qərarında heç bir siyasi motiv görmürəm", nazirlik bildirib.


Story Code: 927179

News Link :
https://www.islamtimes.org/az/news/927179/çavuşoğlu-ankara-rusiyanın-türkiyə-ilə-uçuşları-dayandırması-qərarında-siyasi-motiv-görmür

Islam Times
  https://www.islamtimes.org