0
Thursday 15 April 2021 - 10:15

Husilər Səudiyyənin neft və hərbi obyektlərini 11 PUA və ballistik raketlə hədəfə aldıqlarını bildiriblər

Story Code : 927327
Husilər Səudiyyənin neft və hərbi obyektlərini 11 PUA və ballistik raketlə hədəfə aldıqlarını bildiriblər
SalamNews xəbər verir ki, bunu mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”nin mətbuat katibi briqada generalı Yəhya Səri rəsmi tvitter səhifəsində yazıb.

O bildirib ki, Ötən gecə Səudiyyə Ərəbistanın Aramco şirkəti və digər obyektlər “Səir” və “Bədr” kimi ballistik raketlərlə hədəfə alınıb və burada böyük yanğınlar baş verib.

Əlavə edilib ki, Patriot havadan müdafiə sistemlərinin platformaları, saxlanıldığı obyektlər və onların batareyaları “Sammad-3” və “Qasif-2” kimi dörd ədəd PUA ilə hədəfə alınıb.

Səudiyyə Ərəbistanın dövlət telekanalı bu gün səhər bildirib ki, Cizan səmasında bir PUA və bir ballistik raket vurulub.