QR CodeQR Code

Peskov: ABŞ-ın qanunsuz addımlarına sərt cavab veriləcək!

إسلام تايمز , 15 Apr 2021 16:07

İslamTimes: Kremlin sözçüsü Dmitri Peskov Vaşinqtonun 2020-ci ildə Amerikada keçirilmiş prezident seçkilərinə müdaxilə bəhanəsi ilə Rusiyada bəzi qrumlar və şəxslərə sanksiya tətbiq etmək qərarına münasibət bildirib.


Peskov bu haqda gəzən söz-söhbətlərə işarə ilə bildirib ki, rəsmi Moskva ABŞ sanksiyalarına qarşılıqlı cavab verəcək.

Rusiya ilə ABŞ arasındakı gərginliyin artmasından sonra Bloomberg News xəbər verib ki, ABŞ Prezidenti Co Bayden administrasiyası aralarında dövlət rəsmiləri və kəşfiyyat orqanı məmurları da daxil olmaqla 12 rusiyalı şəxsə,
20 quruma ABŞ prezident seçkilərinə müdaxilə və Amerika şirkətlərinə haker hücumu bəhanəsi ilə sanksiya tətbiq etməyi planlaşdırır. Bundan əlavə 10 rus diplomatın ABŞ-dan çıxarılacağı da iddia edilir.

ABŞ-ın bu qərarına cavab olaraq Peskov jurnalistlərə bildirib ki, Rusiya ABŞ-ın mümkün sanksiyalarına cavab olaraq qarşılıqlı əlaqə prinsipi ilə hərəkət edəcək və rəsmi Vaşinqtonun bu qanunsuz addımına sərt cavab veriləcək.

Peskov bildirib ki, bu qanunsuz addım gələcəkdə baş tutması nəzərdə tutulan Bayden və Putin arasındakı görüşün də ləğv edilməsinə səbəb ola bilər.


Story Code: 927385

News Link :
https://www.islamtimes.org/az/news/927385/peskov-abş-ın-qanunsuz-addımlarına-sərt-cavab-veriləcək

Islam Times
  https://www.islamtimes.org